Yoluxanların sayı ümumilikdə 13 min 691 nəfərə çatıb
Ukraynada son sutkada 507 nəfər koronavirusa tutulub. Bu da ötən günlərlə müqayisədə artım deməkdir. AYNA-nın xəbərinə görə, Ukraynanın Səhiyyə Nazirliyi bildirib ki, COVİD-19-a yoluxanların sayı ümumilikdə 13 min 691 nəfərə çatıb.
Ölkədə son sutka ərzində koronavirusdan 13 nəfər ölüb. Ümumilikdə, ölənlərin sayı 340 nəfərdir. Yoluxanlardan 2 min 396 nəfər müalicə olunaraq sağalıb, evlərinə buraxılıb.
Xatırladaq ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçiriləcək.