Ukraynada şiddətli döyüşlər gedir

Dünya

18.02.2020 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

“Döyüşlər davam edir, amma Kiyevdə bundan narahat olan yoxdur”

 

Bu gün səhər saatlarında Ukraynanın Donbass bölgəsində ordu ilə separatçı silahlılar arasında şiddətli döyüşlər başlayıb. AYNA xəbər verir ki, bu barədə ilk məlumatı ukraynalı jurnalist Yuri Butusov verib.

 

Jurnalistin yaydığı məlumata görə, döyüşlərdə Ukrayna tərəfi itkilər də verib: “Yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbass bölgəsində silahlılar Ukrayna əsgərlərinin postlarına hücum ediblər. Separatçılar 152 mm kalibrli artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla, bütün növ silahlardan istifadə edirlər. Hətta Severodonetsk, Lisiçansk sakinləri atışmanı yaxşı eşidirlər”.

 

Y.Butusov Donbassdakı vəziyyətlə bağlı rəsmi açıqlama vermədiyi üçün Ukrayna hökumətinə etirazını bildirib: “Döyüşlər davam edir, amma Kiyevdə bundan narahat olan yoxdur. Nə Prezident Administrasiyası, nə də Müdafiə Nazirliyi hər hansı açıqlama verir. Hamı nəsə söyləməkdən çəkinir. Bu, acızlik kimi görünür. Bu gün saat 11:00-da (Bakı vaxtı ilə 13:00) Prezidentin rəhbərliyi ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçiriləcək. Ümid edirəm ki, görüşün nəticəsi olacaq”.

 

Xatırladaq ki, Ukraynanın Donbass bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukrayna Silahlı Qüvvələri və qondarma Donetsk və Luqansk “respublikalarının” silahlıları arasında gedir.

 

Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rəsmi Moskva isə bu ittihamı rədd edir.

 

Hazırda gedən döyüşlər son zamanların ən böyük silahlı qarşıdurması hesab olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş