Kiyevin sol sahilində partlayış səsləri eşidilib
Ukraynada bu gün genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib. AYNA UNİAN-a istinadən bildirir ki, vətəndaşlara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilir.
Ukraynanın əksər bölgələrində həyəcan siqnalı çalınır.
Məlumata görə, artıq paytaxt Kiyevin sol sahilində partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işləyir.