Statusu Yelena Zelenskayaya qanuni hüquq və vəzifələr verəcək
Ukraynada prezident Vladimir Zelenskinin müraciəti ilə birinci xanım statusu yaradılır. AYNA bu barədə Ukrayna KİV-ə istinadən məlumat verir. “Birinci xanım” statusu Yelena Zelenskayaya qanuni hüquq və vəzifələr verəcək. Bu barədə qanun layihəsi hazırlanır.
Ukrayna başçısı bildirib ki, bu, xərc tələb etməyəcək. O qeyd edib ki, həyat yoldaşı piar olmadan çox iş görür. Dövlət başçısı Yelena Zelenskiyə bunları ictimai şəkildə etməsini deyib: “O, mənim üçün birinci xanım olmaqdan çox, həyat yoldaşım və uşaqlarımın anası kimi daha dəyərlidir”.
Ukrayna başçısı həyat yoldaşının üzləşdiyi əsassız tənqidlərin qanunvericilikdə birinci xanım statusunun əks olunmaması ilə əlaqələndirir.