Ukraynada bir gündə 229 nəfər virusdan öldü

Dünya

25.11.2020 - 11:14

Son sutka ərzində ölkədə 13 min 882 nəfər koronavirusa yoluxub

 

Ukraynada son sutkada koronavirusa (COVID-19) yoluxanların sayı artıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi xəbər yayıb.

 

Xəbərdə qeyd olunub ki, dünən Ukraynada 13 min 882 nəfər virusa yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 661 min 858-ə çatıb.

 

Ötən gün ölkədə 229 nəfər koronavirusdan vəfat edib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 11 min 492 nəfərə çatıb.

 

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

Müəllif: Ayna.az