Boqdanın istefasının səbəbləri haqqında məlumat verilmir
Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Boqdan vəzifəsindən istefa verməsi haqqında ərizə yazıb.
AYNA “Report”a istinadən xəbər verir ki, Andrey Boqdan ötən gün prezident Vladimir Zelenski ilə istefası haqqında danışıb.
Həmçinin bildirilir ki, prezident ofisinin başçısı istefasını müavinləri ilə də müzakirə edib. "Prezident ofisindəki mənbələr Boqdanın istefasının səbəbləri haqqında məlumat vermirlər", - xəbərdə deyilir.