Türkiyənin səhiyyə naziri canlı yayımda peyvənd edilib

Dünya

13.01.2021 - 21:49

Türkiyədə koronavirusa qarşı vaksinasiya başlayıb 

 

Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya canlı yayımda koronavirus vaksini vurulub.

 

AYNA NTV-yə istinadən xəbər verir ki, bu addım Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatının Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksininin tətbiqinə icazə verməsindən sonra atılıb.

 

Qeyd edək ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

Müəllif: Ayna.az