Türkiyənin İdlibdə 1 əsgəri şəhid oldu, 9-u yaralandı

Dünya

04.03.2020 - 02:34

Türkiyə ordusu şəhid verib 

 

Suriyanın İdlib bölgəsində daha bir türk hərbçisi həlak olub. 

 

AYNA bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Qüvvələrimizin rejim (Suriya-red.) tərəfindən atəşə tutulması nəticəsində “Bahar qalxanı” əməliyyatı bölgəsində bir qəhrəman silahdaşımız şəhid olub və doqquzu yaralanıb. Bu rayonda rejimin 82 mövqeyinə cavab atəşi davam etdirilir”, - məlumatda deyilir.

 

Türkiyə Milli Müdafiə Nazirliyi onu da əlavə edib ki, cavab atəşi ilə 9 tank, 2 haubitsa, 2 hərbi avtomobil, 6 raket qurğusu, eləcə də 299 Suriya əsgəri zərərsizləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş