Türkiyəli nazir: “Zəlzələdən 13,5 milyon vətəndaşımız zərər görüb”

Dünya

07.02.2023 - 11:55

Türkiyədə zəlzələdən zərər görən şəxslərin sayı açıqlanıb

“Kahramanmaraş zəlzələsindən ümumilikdə 13,5 milyon vətəndaşımız zərər görüb”.

AYNA-nın məlumatına görə, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Türkiyədə baş verən dağıdıcı zəlzələnin nəticələri ilə bağlı danışarkən bildirib.

Nazir deyib ki, zəlzələnin təsiri nəticəsində 5 757 bina dağılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.

Müəllif: Ayna.az