Türkiyədə zəlzələ zamanı xəsarət alanların sayı artıb

Dünya

23.02.2020 - 21:53

cedabet dərman SEO Xidməti

"Vəziyyəti cərrahi müdaxilə tələb edən xəstələrin hamısı əməliyyat olunub"

 

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə xəsarət alanların sayı 50 nəfərə çatıb.  

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

 

"Van vilayətində zəlzələ zamanı xəsarət alan 50 nəfərin hamısına zəruri tibbi yardım göstərilib. Vəziyyəti cərrahi müdaxilə tələb edən xəstələrin hamısı əməliyyat olunub. Hazırda iki yaralı reanimasiyadadır", - nazir bildirib. 

 

Qeyd edək ki, zəlzələ zamanı 9 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş