Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

13.01.2021 - 23:46

Koronavirus can almağa davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 173 nəfər dünyasını dəyişib, 971-i simptomatik olmaqla 9554 pasiyent COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. 

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 23325-ə, bu virusa yoluxanların sayı isə 2 355 839-a çatıb.

 

Ümumilikdə 26 milyondan çox test aparılıb. 

Müəllif: Ayna.az