BMT Rusiyanı narazı salan qərar qəbul edib

Dünya

02.08.2019 - 12:58

Araşdırma komissiyası yaradılan zaman bölgədəki bütün tərəflər əməkdaşlığa cəlb ediləcək

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyanın şimalında davam edən qarşıdurmalarla bağlı araşdırma aparacaq. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Antoniu Quterreş açıqlama verib.

 

O, bununla bağlı BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin yekdil qərar qəbul etdiyini deyib. Bildirib ki, araşdırma komissiyası yaradılan zaman bölgədəki bütün tərəflər əməkdaşlığa cəlb ediləcək.

 

Lakin Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski, qəbul olunmuş qərarın yanlış olduğunu bəyan edib.

Müəllif: Ayna.az