Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

10.01.2021 - 03:36

Koronavirus can almağa davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 181 nəfər dünyasını dəyişib, 1 103-ü simptomatik olmaqla 9537 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb. 

 

AYNA xəbər verir ki, bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 22 631-ə, bu virusa yoluxanların sayı isə 2 317 118-ə çatıb.

 

Ümumilikdə 26 milyondan çox test aparılıb. 

Müəllif: Ayna.az