Koronavirus can almaqda davam edir
Türkiyədə daha 107 nəfər pandemiyanın qurbanı olub.
AYNA-nın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 403 nəfərə çatıb.
"Aprelin 14-də 33 070 test keçirilib, 4 062 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 65 111 nəfərdir. Bu gün daha 842 pasiyent sağaldı, ümumi say 4 799 nəfərdir", - nazir deyib.