Türkiyədə koronavirus qurbanlarının sayı artıb
Türkiyədə daha 96 nəfər pandemiyanın qurbanı olub.
AYNA-nın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 908 nəfərə çatıb.
"Bu gün 28 578 test keçirilib, 4 056 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 42 282 nəfərdir. Bu gün daha 296 pasiyent sağaldı, ümumi say 2 142 nəfərdir", - nazir deyib.