Türkiyədə koronavirusa yoluxanların sayı sürətlə artır
Türkiyədə son bir gündə 2 148 koronavirusa yoluxma faktı qeydə alınıb.
AYNA xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb, ölənlərin sayı isə 63 nəfər artaraq 277 nəfərə yüksəlib.
Nazir deyib ki, hazırda pasiyentlərdən 979-nun vəziyyəti ağır, 692 nəfərin vəziyyəti isə orta-ağırdır.
F.Koca həmçinin indiyədək 333 nəfərin sağaldığını da vurğulayıb.
O deyib ki, ən çox yoluxma hadisəsi İstanbulda qeydə alınıb - 8 852.
"Ölkənin bütün şəhərlərində koronavirusa yoluxma qeydə alınıb. Toplam 39 şəhərdə koronavirusdan ölüm baş verib. Hazırda reanimasiyada olanların 75%-i yaşı 60 və daha çox olan insanlardır. Reanimasiyada olanların 63%-də təzyiq xəstəliyi var", - deyə nazir əlavə edib.