Türkiyədə koronavirusdan daha 48 nəfər ölüb

Dünya

15.05.2020 - 21:48

cedabet Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 48 nəfər ölüb.

 

AYNA-nın məlumatına görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

 

Nazir qeyd edib ki, son 24 saatda 38565 şübhəli koronavirus testindən keçib, onlardan 1708-nin  cavabı pozitiv çıxıb.

 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4055 nəfər ölüb, 146457 nəfər bu infeksiyaya yoluxub, 106133 nəfəri isə müalicə olunub. 

 

Bu gün 2103 xəstə evə buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş