Koronavirus can almaqda davam edir
Türkiyədə son sutka ərzində koronavirusdan 39 nəfər dünyasını dəyişib, 1549 nəfər isə virusa yoluxub.
AYNA xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6284-ə, yoluxanların sayı isə 267 064-ə yüksəlib. Son 24 saat ərzində 1003 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Ümumilikdə sağalan xəstə sayı 242 812-yə çatıb.