Türkiyədə COVID-19-la bağlı qadağalar yenidən tətbiq edilir

Dünya

19.11.2020 - 16:09

Qardaş ölkə ərazisində koronavirusa yoluxma və ölüm hallarında yenidən kəskin artım müşahidə olunur

 

Noyabrın 20-dən etibarən Türkiyədə koronavirusla (COVID-19) bağlı qadağalar yenidən qüvvəyə minəcək. AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, qadağaların icrası ilə bağlı ölkənin aidiyyəti qurumlarına təlimatlar göndərilib.

 

Qəbul olunan yeni qərara əsasən, həftə sonları ölkə ərazisində yerli vaxtla səhər saat 10:00-dan axşam 20:00-dən komendant saatı tətbiq olunacaq. Yeni fəaliyyətə başlayan ənənəvi təhsil sistemi ilin sonuna qədər onlayn qaydada davam edəcək. Yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların evdən çıxmalarına müəyyən qaydalar çərçivəsində icazə veriləcək. Alış-veriş mərkəzləri, market, restoran, bərbərxana kimi ictimai iaşə obyektləri müəyyən qadağalara riayət etmək şərtilə saat 10:00-dan 20:00-dən fəaliyyət göstərəcək. Kinoteatrlar isə bu ilin sonuna qədər bağlı qalacaq.

 

Bununla yanaşı, Türkiyənin bütün şəhərlərinin küçə və prospektlərində tütün məmulatlarından istifadə qadağan olunub. Ölkənin bütün dövlət və özəl sektorlarında iş qrafiki məhdudlaşdırılır.

 

Qeyd edək ki, qardaş ölkə ərazisində koronavirusa yoluxma və ölüm hallarında yenidən kəskin artım müşahidə olunur.

Müəllif: Ayna.az