Türkiyədə boğazı kəsilərək öldürülən qadını videoya çəkən şəxs saxlanılıb

Hadisə

24.08.2019 - 03:29

Videonun icazəsiz çəkilməsi və ötürülməsi maddəsi ilə təqsirləndirilir

 

Türkiyədə Kırıkkale şəhərində baş verən Əminə Bulud cinayətini mobil telefonuyla çəkib yayan şəxs saxlanılıb. AYNA "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxsin 19 yaşlı B.Y olduğu müəyyən edilib.

 

O, izahatında videonu sadəcə dostuna göndərdiyini, daha sonra sildiyini bildirib.

 

B.Y Cinayət Məcəlləsinin istintaq zamanı videonun icazəsiz çəkilməsi və ötürülməsi maddəsi ilə təqsirləndirilir.

Müəllif: Ayna.az