Səhər-səhər 2 yanğın xəbəri gəldi

Hadisə

05.09.2019 - 10:50

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb.

 

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qəbələ rayonunda da yanğın baş verib. Rayonun Bum qəsəbəsində, ümumi sahəsi 26 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az