Bakı sakini yüz manat borca görə mağazanı partlatmaq istədi - <font color=red> Polisə zəng edib özünü şikayət etdi</font>

Hadisə

15.08.2019 - 08:18

Həkimlər Klinikalar SEO Xidməti

Onun psixi xəstə olduğu məlum olub

 

Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir. AYNA bildirir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

 

Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də  “102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən “Mayak” mağazasına pul borcu var.

 

Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları onu taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb.

 

Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.

Müəllif: Ayna.az