Ana bir yaşlı qızını narkotik vasitə ilə öldürüb

Hadisə

20.09.2019 - 14:49

Məhkəmə zamanı isə qatil ana özünü müdafiə etməyə başlayıb

 

İngiltərənin Bangor şəhərindən qan donduran hadisə baş verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Kimberly Nelligan adlı 33 yaşlı qadın 1 yaşlı qızını vəhşicəsinə öldürüb.

 

 Belə ki, o, qızının yatması üçün uşağın dişlərinin dibinə narkotik maddə sürtüb. Körpə qorxunc şəkildə can verərək həyatını itirib.

 

Qadın həm övladının həyatını təhlükəyə atdığına, həm də evində narkotik vasitə saxladığına görə həbs olunub.

 

Körpənin cəsədinin tibbi ekspertizası zamanı mədəsinə çox miqdarda narkotik vasitə getdiyi müəyyən olunub.

Məhkəmə zamanı isə qatil ana özünü müdafiə etməyə başlayıb. O, uşağa zərər vermək istəmədiyini, sadəcə yatmasına kömək etməyə çalışdığını söyləyib.

 

Qatil ananın növbəti məhkəməsi noyabr ayına qədər təxirə salınıb.

Müəllif: Ayna.az