Sutka ərzində 72 nəfər ölüb, 1504 şəxs sağalıb
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin güclənməsinə baxmayaraq, virusa yoluxma hallarında artım davam etməkdədir. Bu barədə AYNA Türkiyənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən bildirilib ki, oktyabrın 18-də ölkə üzrə 101 min 403 nəfər testdən keçirilib. Yoxlanılan şəxslərdən 1815 nəfərdə infeksiya aşkarlanıb. Sutka ərzində 72 nəfər ölüb, 1504 şəxs sağalıb.