Raketin mənzili 6000 kilometrə qədərdir
Türkiyə Milli Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf Mərkəzi İstanbulda keçirilən SAHA EXPO 2026 beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisində “Yıldırımhan” qitələrarası ballistik raketini təqdim edib.
AYNA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, raketin mənzili 6000 kilometrdir. Raket 25 “Max”a bərabər sürətə çata bilir.
Yanacaq kimi maye azot tetroksidindən və dörd raket mühərrikindən istifadə edir.