Səsvermədə iştirak etmiş 395 deputatdan 268-i razılaşmanı dəstəkləyib
Türkiyə Parlamenti Liviya ilə təhlükəsizlik və hərbi əməkdaşlıq memorandumu haqda qanun layihəsini ratifikasiya edib.
AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, noyabrın 27-də İstanbulda imzalanmış sənəd hər iki ölkənin suverenliyinə hörmət prinsipləri əsasında hərbi əməkdaşlığı nəzərdə tutur.
Səsvermədə iştirak etmiş 395 deputatdan 268-i razılaşmanı dəstəkləyib.
Memorandum təhlükəsizlik, hərbi hazırlıq, müdafiə sənayesi, terrorizmlə mübarizə və qeyri-qanuni miqrasiya sahələrində əməkdaşlığı nəzərdə tutur.
Həmçinin, sənəd tərəflərdən birinin müraciəti olarsa, hərbi sferada təcrübə mübadiləsi məqsədilə müdafiə və təhlükəsizlik sahəsində birgə əməkdaşlığın qurulmasını özündə birləşdirir.