İraqın şimalında və Suriyada əməliyyatlar keçirilib
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Haftanin bölgəsində terror düşərgələrinə növbəti dəfə dəqiq aviazərbələr endiriblər. AYNA bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir. Məlumata görə “Pəncə-Qaplan” antiterror əməliyyatları çərçivəsində daha beş PKK terrorçusu məhv edilib.
Suriya ərazisində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsində isə PKK/YPG terror təşkilatlarına məxsus bomba yüklü avtomobil partladılaraq zərərsizləşdirilib. Terrorçuların həmin avtomobillə mülki əhaliyə qarşı terror aktı həyata keçirməyi planlaşdırdıqları müəyyənləşdirilib.