Türkiyə ilə "SpaceX" arasında əməkdaşlıq davam edir
"Türksat 5A" peyki 30 noyabrda İlon Maskın "SpaceX" şirkəti tərəfindən kosmik orbitə doğru start alacaq.
AYNA-nın məlumatına görə, tanınmış jurnalist İbrahim Nəbioğlu bu barədə özünün "Facebook" səhifəsində yazıb.
"Türkiyə, Yaxın Şərq, Avropa, Şimalı və Cənubi Afrikanı əhatə edəcək Türk peykini kosmik fəzaya "Falcon9" qaldıracaq. Floridadakı "Cape Canaveral" bazasından qalxan "Falcon9" raketi Türkiyə ilə "SpaceX" arasında üç il əvvəl başlayan əməkdaşlığın davamıdır", - deyə jurnalist bildirib.