ABŞ mediasında “Nömrələr danışsın” adlı məqalə də yayımlanıb
Koronavirusun mərkəzinə çevrilən ABŞ-ın Nyu-York ştatında Vaşinqton rəhbərliyini lazımi tədbirlər görməməkdə günahlandıran və ABŞ Prezidenti Donald Trampı tənqid edən panel asılıb. AYNA xəbər verir ki, “Trampın ölüm saatı” adlanan lövhədə Nyu-Yorkda COVID-19-dan ölənlərin sayı əks olunub.
Rejissor Eugene Jarecki ştatın ən məşhur məkanı olan “Tayms Meydanı”nda qurulan panelə “Trumpın ölüm saatı” adını verməklə yanaşı, ABŞ mediasında “Nömrələr danışsın” adlı məqalə də yayımlayıb.
Rejissor məqalədə ABŞ-ın pandemiyanın mərkəzinə çevirlməsində Trampı günahlandırıb: “Bu faciəni unutmaq olmaz. Bu günə qədər on minlərlə amerikalı hökumətin əvvəlcədən yetərli tədbirlər görməməsinə görə, həyatını itirib”.