Tramp ÜST-ə pul ayıracaq, amma…

Dünya

16.05.2020 - 14:07

cedabet Klinikalar SEO Xidməti

Tramp ÜST-lə bağlı fikrini dəyişib 

 

ABŞ lideri Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə mübahisələri davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, rəsmi Vaşinqton pandemiya başlayandan ÜST və Çin hökumətini xəstəliklə bağlı erkən xəbərdarlıq etmədiyinə görə ittiham edirdi. Hazırda da davam edən bu ittihamların ardınca Tramp ÜST-ə hər il ABŞ tərəfindən olunan yardımı kəsəcəyini demişdi. Amma indi də ABŞ-ın başqa planla hərəkət etdiyi deyilir.


Məlumata görə, hər il ÜST-ə 400 milyon dollar vəsaitlə dəstək verən ABŞ yardımı davam etdirmək qərarına gəlib. Bu dəfə həmin məbləğin onda biri, 40 milyon manat ianə ediləcəyi xəbəri var. Trampın ani olaraq bu fikrini dəyişməsi maraq doğurub.


Ekspertlərin fikrincə, Trampın bu fikir dəyişikliyi ironik addımdır. O, ÜST və Çindən bu formada “intiqam” almaq istəyir. Çin də hər il ÜST-ə 40 milyon büdcə ilə dəstək verirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş