Tramp “The New York Times” qəzetini məhkəməyə verib

Dünya

16.09.2025 - 12:28

Prezident nəşrə qarşı 15 milyard dollarlıq iddia qaldırıb

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini böhtanla bağlı məhkəməyə verib. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident “Truth Social”da bildirib.

Amerika liderinin sözlərinə görə, "solçu Demokratik Partiyanın ruporu" və ölkənin "tarixinin ən pis qəzetlərindən" biri kimi xarakterizə etdiyi "The New York Times" qəzetinə qarşı böhtan iddiası qaldırmaq şərəfdir. Trampın açıqlamasına görə, 15 milyard dollarlıq iddia Florida ştatında qaldırılıb.

Ağ Ev rəhbəri bu nəşri 2024-cü il prezident seçkilərində rəqibini, o vaxtkı vitse-prezident Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, özünə, eləcə də ailə üzvlərinə və ətrafına böhtan atmaqda ittiham edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş