ABŞ-ın keçmiş Prezidenti ittihamlarla bağlı prokuror tərəfindən sübutların olmadığını deyir
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Nyu-York məhkəməsində prokurorların onun təqsiri ilə bağlı heç bir sübut olmadığını deyib. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş liderinin sosial media hesabında yazılıb.
“Dinləmə çoxları üçün şok oldu, çünki onların heç bir “sürprizləri” yox idi. Yəni işdə heç bir sübut yoxdur. Faktiki olaraq hər bir hüquq eksperti burada heç bir sübut olmadığını bildirib”, - Tramp qeyd edib.
Tramp hərəkətlərində qanunsuz heç nə olmadığını əlavə edib.
Qeyd edək ki, Tramp ABŞ-ın cinayət məsuliyyətinə cəlb edilən ilk sabiq Prezidenti oldu. Prokurorlar onu 34 saxtakarlıq maddəsi ilə ittiham edib. Onların hər biri başqa bir cinayət törətmək üçün birinci dərəcəli biznes sənədlərini saxtalaşdırmaqdan ibarətdir. Bunun üçün dörd il həbs cəzası nəzərdə tutulur.
Hazırda məhkəmə siyasətçinin rəsmi həbsini üzərindən götürüb. Bundan sonra Tramp Floridaya qayıdıb. İş üzrə növbəti məhkəmə prosesi dekabrın 4-nə təyin edilib.