Liderlərinin harada və nə zaman görüşəcəyi məlum deyil
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəyir. AYNA xarici mediaya istinadən bildirir ki, Ağ Ev lideri görüşün noyabrda keçiriləcək seçkilərdən əvvəl reallaşmasını istəyir.
Məlumata görə, prezidentlərin strateji hücum silahlarının gələcəkdə də azaldılması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında müqaviləyə dair bəyanat verəcəyi gözlənilir. Hələlik liderlərinin harada və nə zaman görüşəcəyi məlum deyil.