“Bizi heç vaxt müharibə ilə hədələmədilər”
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətləri olduğunu açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Tramp “Bloomberg”ə müsahibəsində deyib.
“Putinlə çox yaxşı anlaşırdıq, normal münasibətlərimiz var idi. Bizi heç vaxt müharibə ilə hədələmədilər”, - deyə siyasətçi qeyd edib.
Trampın sözlərinə görə, o, 2020-ci ildə yenidən prezident seçilsəydi, “Ukraynadakı münaqişənin qarşısını almaq olardı”.
Bundan əvvəl Donald Tramp Moskvaya qarşı sanksiyaların tərəfdarı olmadığını bildirib. Respublikaçılar Partiyasından prezidentliyə namizəd Rusiyanı Ukraynada apardığı iyrənc əməliyyata və Tayvanı Çindən qoruduğuna görə “cəzalandırmaq” mövzusunda eyni dərəcədə soyuqqanlıdır.