Liderlər arasında görüş iki saatdan çox davam edib
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, liderlər arasında görüş Floridadakı “Mar-a-Laqo” iqamətgahında keçirilib.
Görüşdən əvvəl mətbuata açıqlama verən Tramp Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığından sonra Moskvanın sülh razılığına gəlmək məsələsində çox ciddi olduğunu söyləyib.
Ağ Ev rəhbəri həm Putin, həm də Zelenskinin müharibəni dayandırmaq və sülhə nail olmaq istədiyini vurğulayıb. O,ş həmçinin “Ukrayna və hər kəs üçün faydalı olacaq” razılaşmanın əsas xətlərinin mövcud olduğunu əlavə edib.
Zelenski isə bildirib ki, bu görüş sülh planının ən kritik bəndləri, o cümlədən ərazi məsələləri və Zaporojye AES üzərində nəzarətin bərpası ilə bağlı razılığa gəlmək üçün mühüm əhəmiyyət kəsb edir.
Görüş iki saatdan çoxdur davam edib.