İrəvanda atışma: polkovnikinin qardaşı həbs edilib

Dünya

24.07.2026 - 16:46

Atışma ilə əlaqədar 30-dan çox şəxs dindirilib: dörd nəfərə qarşı cinayət ittihamları irəli sürülüb

İrəvanın Erebuni rayonunda baş verən atışma ilə əlaqədar keçmiş yüksək rütbəli polis məmurunun qardaşı həbs edilib. AYNA.AZ xəbər verir ki, bu barədə erməni “ArmLur” saytı məlumat yayıb.

Nəşrin məlumatına görə, şübhəli Polis Daxili Təhlükəsizlik İdarəsinin keçmiş rəisi, yol polisinin keçmiş rəisi, polkovnik Armen Hakobyanın qardaşı Qurgen Hakobyandır.

 Şübhəlinin həbsi üçün məhkəməyə vəsatət verilib və o cinayətkar submədəniyyətdə iştirak etməkdə ittiham olunur.

Nəşr həmçinin yazıb ki, atışma ilə əlaqədar 30-dan çox şəxs dindirilib və dörd nəfərə qarşı cinayət ittihamları irəli sürülüb.

"Armenia Today" əvvəllər mənbələrə istinadən 18 iyul axşamı Muratsan küçəsində atışma baş verdiyini və ilkin məlumatlara görə, bir nəfərin ölümü ilə nəticələndiyini yazmışdı. Daxili İşlər Nazirliyi məlumatları təsdiqləyib və polis əməliyyat qruplarının hadisə yerində işlədiyini bildirib.

“Armenia Today" mənbələrinin məlumatına görə, atışmanın baş verdiyi evin yaxınlığında partlamamış qumbara da tapılıb və bundan sonra bomba zərərsizləşdirmə mütəxəssisləri hadisə yerinə gəliblər. İstintaq Komitəsi atışmadan sonra açılan cinayət işi ilə əlaqədar bir nəfərin həbs olunduğunu bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş