Tramp: “Hərbi bazanın pulu verilməsə, çıxan deyilik”
ABŞ prezidenti Donald Tramp ABŞ qoşunlarının İraqdan çıxarılacağını rədd edərək İraqı sərt sanksiyalarla hədələyib.
AYNA xarici mediaya əsasən xəbər verir ki, Tramp bu dəfəki bəyanatını belə əsaslandırıb: "Orada çox fövqəladə dərəcədə bahalı bir hərbi hava bazamız var. Bu milyardlarla dollara başa gəlib. Bu məbləğ bizə geri ödənmədikcə İraqdan çıxmarıq".
Qeyd edək ki, ötən gün İraq parlamenti ABŞ hərbi bazasının təcili ölkədən çıxarılması haqqında qərar qəbul edib.
Xatırladaq ki, ABŞ-ın keçən həftə Bağdadda iranlı general Qasım Süleymanini öldürməsi bölgədə gərginliyi artırıb. İran ABŞ-a “ağır intiqam” vəd edib. Rəsmi Vaşinqton isə İranı hədələməkdə davam edir.
Baş verən gərgiliklə bağlı bu gün NATO təcili toplantı keçirəcək.