Tramp COVID-19 əleyhinə peyvənd olunmağı planlaşdırır

Dünya

16.12.2020 - 03:54

Həkimlər Klinikalar SEO Xidməti

Keyli Makineni: "Hazırda prezident peyvənd olunmağa tam açıqdır"

 

ABŞ prezidenti Donald Tramp yeni koronavirus əleyhinə peyvənd olunmağa hazırdır.

 

AYNA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

 

O, qeyd edib ki, həkimlər nə vaxt lazım bilsə, Vaşinqton administrasiyasının başçısı peyvənd olunacaq.

 

"Hazırda prezident peyvənd olunmağa tam açıqdır. Amma o bu yaxınlarda COVID-19 xəstəliyi keçirdi və onda anticisimlər var. Həkimlər komandası bunu etməyə qərar verən kimi o vaksini alacaq", - Makineni deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş