Alovun qarşı çətinliklə alınıb
Türkiyənin Trabzon şəhərinin Arsin mahalında meşə yanğını başlayıb.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bölgəyə yanğınsöndürənlər göndərilib. Alovun qarşı çətinliklə alınıb. Bundan başqa, şəhərin 10 mahalının 22 müxtəlif nöqtəsində də yanğın hadisəsi qeydə alınıb. Bu səbəbdən şəhər rəhbərliyi böhran masası yaradıb.
Güclü külək və havanın temperaturunun artması səbəbindən qarşıdakı saatlarda diqqətli və tədbirli olmaq tapşırılıb.