Tixanovskayadan hakimiyyətə müraciət: “Zorakılığı dayandırın”

Dünya

14.08.2020 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

“Belarusda kritik bir vəziyyət yaranıb”

 

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya hökumətə, şəhər küçələrində insan zorakılığa son verməyə çağırış edib. AYNA xəbər verir ki, seçkilərin qalibi olduğunu iddia edən Tixanovskayanın videomüraciəti “YouTube”-da yerləşdirilib.

 

Tixanovskaya deyib ki, əksəriyyət seçkilərdə hazırkı Prezident Aleksandr Lukaşenkonun qələbəsinə inanmır: “Səslərin vicdanla sayıldığı məntəqələrdə mən 60-70 faiz səs topladım”.

 

“Biz hər zaman səsləri qanuni və qeyri-zorakı yollarla qorumaq lazım olduğunu dedik. Lakin hakimiyyət vətəndaşların dinc aksiyasını qanlı qırğına çevirdi. Belarusda kritik bir vəziyyət yaranıb. İnsan həyatının ən dəyərli şey olduğunu anlamaq və zorakılığa son qoymaq lazımdır. Hakimiyyət dialoqa, Belarus şəhərlərinin merlərini isə 15 və 16 avqust tarixlərində dinc və kütləvi tədbirlərin keçirilməsinə icazə verməlidirlər”, - deyə Tixanovskaya bildirib.

 

O həmçinin tətil edən müəssisələrin işçilərinə təşəkkür edib və hamını onun lehinə səs verdiklərini bildirməyə çağırıb.

 

Qeyd edək ki, 9 avqust seçkilərində prezidentliyə namizəd olan Tixanovskaya avqustun 10-da Belarusu tərk edərək Litvaya gedib. Müxalif lider həyatının təhlükədə olduğunu səbəb göstərərək ölkəni tərk etdiyini açıqlayıb.

 

Xatırladaq ki, prezident seçkilərində hazırkı ölkə başçısı Aleksandr Lukaşenkonun 80 faizdən çox səs topladığına inanmayan belaruslar küçələrə axışıblar. Artın mitinqlər 6 gündür ki, davam edir. İxtişaşlar Belarus təhlükəsizlik qüvvələrinin zorakılığı ilə yatırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş