Təyyarə qəzasında zərərçəkənlərin ailələrinə tibbi və psixoloji dəstək qrupu yaradılıb

Xəbərlər

25.12.2024 - 19:37

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkən şəxslərin yaxınlarına dəstək məqsədi ilə psixololoqlardan ibarət qrup yaradılıb

Bakı-Qroznı reysi üzrə uçuşu həyata keçirilən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkən şəxslərin yaxınlarına dəstək məqsədi ilə psixololoqlardan ibarət qrup yaradılıb.

Səhiyyə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, qrup üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya ezam edilib.

“Bununla yanaşı, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirilməsinin mümkünlüyünü öyrənir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, qəzadan sonra sağ qalanların sayı 32-dir. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş