Bakıda Müdafiə nazirlərinin toplantısı başa çatıb

Xəbərlər

30.10.2019 - 17:28

MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanıb

 

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. AYNA Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyasını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyət ilə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətlər nəzərdən keçirilib.

 

Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları - 2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə olunub.

 

Eyni zamanda, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanıb.

 

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də müzakirə olunub.

Müəllif: Ayna.az