PA-da növbəti təyinat

Xəbərlər

29.11.2019 - 18:54

Şahin Əliyev şöbə müdiri təyin edilib

 

Prezident İlham Əliyev Şahin Əliyevi yenidən vəzifəyə təyin edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilsin”.

 

Qeyd edək ki, Ş.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Müəllif: Ayna.az