Texasda fəlakət: <font color=red> mağazalar boş, içməli su tapılmır</font>

Dünya

20.02.2021 - 23:58

Həkimlər Klinikalar SEO Xidməti
Texas ştatında vəziyyət getdikcə çətinləşir
 
ABŞ-ın Texas ştatı COVID-19 pandemiyasının yaşatdığı çətinliklərlə yanaşı, son illərin ən soyuq günlərini yaşayır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qar fırtınası səbəbi ilə milyonlarla insanın həyat şərtləri çətinləşib. ABŞ mətbuatı ən az 47 nəfərin öldüyünü açıqlayıb. Rəsmilər əhalinin demək olar ki, yarısının - 14.9 milyon insanın təmiz su tapmaqda çətinlik çəkdiyini açıqlayıb. 
 
Eyni zamanda yaxın günlərdə əhalinin qida və su qıtlığının qarşısını almağa çalışacaqlarını deyiblər. Həmçinin yerli xeyriyyə təşkilatları insanlara ərzaq yardımı paylamağa başlayıb. Vətəndaşlar evlərinə vedrə ilə su aparmağa çalışarkən, marketlərdə rəflərin hamısının boş olması diqqət çəkib. 
 
Metreoloqlar hava şəraitinin Arktikadan gələn soyuq hava kütləsi ilə əlaqədar olduğunu bildiriblər. Onlar ekstremal hava şəraitinin ABŞ-ın bir çox əyalətində qütblərdəki soyuq havanı tənzimləyən isti axınların qlobal istiləşmə səbəbi ilə zəifləməsi ilə əlaqələndiriblər.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş