Təhsil nazirinə yeni hüquq verilib

Cəmiyyət

09.02.2022 - 23:07

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil Nazirliyinin səlahiyyətləri genişləndirilib

Təhsil nazirinin hüquqları artırılıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Təhsil naziri Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq. Başqa sözlə, nazir nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş