“Atamın insani keyfiyyətləri mənim həyat amalımdır” - <font color=red> Mehriban Əliyeva</font>

Cəmiyyət

06.01.2020 - 18:37

Birinci vitse-prezident: “Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur

 

“Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır. Onun elm və təhsil sahəsindəki nailiyyətləri haqqında çox yazılıb”.

 

AYNA xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi “Facebook” səhifəsində yazıb.

 

“Atamın insani keyfiyyətləri – onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz xeyirxahlığı mənim həyat amalımdır”, - M.Əliyeva bildirib.

 

“O, uzun illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur”, - Birinci vitse-prezident əlavə edib.

Müəllif: Ayna.az