Narazı sakinlər: “Şikayətimiz əsasında küçəni təmir etmək əvəzinə, adını dəyişdilər”
Qəbələ şəhərinin bir qrup sakini AYNA-nın redaksiyasına müraciət ünvanlayıb. Sakinlər, rayonun mərkəzi küçələrindən birinin bərbad və gediş-gəliş üçün əlverişsiz şəraitdə olmasından şikayət edirlər.
“Qəbələ rayonunda 2 böyük prospekt var. Biri rayonun yuxarı hissəsindən bazar istiqamətinə qədər uzanan Heydər Əliyev prospektidir, digəri isə rayonun nisbətən kənarında yerləşən akademik Zərifə Əliyevanın adını daşıyan küçədir. İkinci küçənin sağ və sol istiqamətlərində, təxminən 800-900 mənzil yerləşir. Sənəd üzərində bu küçəyə asfalt çəkildiyi qeyd olunsa da, ayrılan pullar mənimsənildiyi üçün küçəyə asfalt vurulmayıb və küçə sakinlərə problem yaradır”, - deyə sakinlər gileynəliblər.
Mərahim Nəsib