Şoyqudan Su-34-lə bağlı tapşırıq

Dünya

06.10.2023 - 13:27

Rusiya müdafiə naziri istehsalı və təmiri sürətləndirməyi tapşırıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Novosibirsk Çkalov adına Aviasiya Zavodunda dövlət müdafiə sifarişinin icrasının gedişini yoxlayıb, həmçinin Su-34 qırıcı-bombardmançı təyyarələrinin istehsalı və təmiri sürətinin artırılmasını tapşırıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Şoyqu Su-34-ü istehsal edən, təmir edən və modernləşdirən Birləşmiş Təyyarə Korporasiyasının uçuş sınaq stansiyasına və məhsul yığma sexinə baxış keçirib.

“Rusiya hərbi idarəsinin rəisi müəssisənin rəhbərliyi qarşısında onun məhsullarına olan tələbatı nəzərə alaraq avadanlıqların istehsalı və təmiri sürətini artırmaq vəzifəsini qoyub”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş