Bu ilin son 10 ayı ərzində 5 tondan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AYNA-ya verilən məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 880 kq-dan artıq narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 162 milyon AZN (95 milyon ABŞ dolları) kimi qiymətləndirilir.