Azərbaycanlıları ovsunlayan ölkə: <font color=red> Əcəba, onlardan nəyimiz əskikdir...</font>

Cəmiyyət

13.12.2019 - 10:15

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşlarımız Gürcüstana təkcə istirahət üçün yox, oranın hava limanından istifadə üçün də gedirlər

 

Qonşu Gürcüstan yenə də azərbaycanlıların ən çox səyahət etdikləri ölkədir. Bu, Gürcüstanın Milli Turizm Administrasiyasının yaydığı hesabatlarda da əksini tapıb. Açıqlanan son statsistikadan bəzi məqamları diqqətə çatdırırıq.

 

Təkcə 2019-cu ilin noyabrında 114.657 nəfər azərbaycanlı turist qismində Gürcüstana səfər edib. Ötən ilin eyni vaxtı bu göstərici 106.105 nəfər təşkil edib. Ümumiyyətlə, 2018-ci ildə 1.311.907 nəfər, 2019-cu ilin 11 ayı ərzində isə 1.404.028 Azərbaycan vətəndaşı Gürcüstanda olub.

 

Bu ilin ən yüksək göstəricisi iyul ayında qeydə alınıb. Belə ki, 2019-cu ilin iyul ayında 175.499 nəfər vətəndaşımız qonşu ölkəyə səfər edib. Ötən ilin eyni vaxtında həmin rəqəm 155.218 nəfər olub.

 

Bu göstəricilər bizimkilərin qonşu ölkəyə marağının ildən-ilə artığını göstərir. Bəs Gürcüstana marağın artmasının səbəbi nədir? Bu, təkcə ucuz başa gələn səfər xərcləri ilə bağlıdırmı?

Ayna.az